Dövlət Akademik Musiqili Teatrının kollektivi: Bu sərəncam Azərbaycan teatrlarına dövlət başçısının böyük töhfəsidir FOTO


Kriminal 06 Mar 2019 18:37:00 243 0

Dövlət Akademik Musiqili Teatrının kollektivi: Bu sərəncam Azərbaycan teatrlarına dövlət başçısının böyük töhfəsidir  FOTO

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında kollektivin geniş heyətdə yığıncağı keçirilib.

Son.az xəbər verir ki, Dövlət Akademik Musiqili Teatrından Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edənlər teatra "akademik" status verilməsi ilə əlaqədar Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Azərbaycan mədəniyyətinə, incəsənətinə, incəsənət xadimlərinə daim qayğı göstərən Prezident İlham Əliyevin bu sərəncamı təkcə Akademik Musiqili Teatra deyil, Milli Teatr Gününü qeyd etməyə hazırlaşan ölkə teatrlarına dövlət başçısının böyük töhfəsidir.

Yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyevə teatr kollektivi adından müraciət qəbul edilib. Müraciətdə deyilir:

"Möhtərəm cənab Prezidentimiz! Sizin 5 mart 2019-cu il tarixində "Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi haqqında" imzaladığınız sərəncam Azərbaycan Dövlət Musiqili Teatrının kollektivinə - ölkənin sevimli teatr ailəsinə verilən yüksək qiymətinizin bariz nümunəsidir. Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını bir daha təsdiq edən bu rəsmi sənəd qəlbimizdə fərəh hissi doğurur.

Sizin və ölkənin Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın hər bir azərbaycanlı ailəsinin güzəranını daha xoş, sabahını daha gözəl və xoşbəxt etmək naminə yürütdüyü uğurlu siyasət Azərbaycanın böyük inkişaf yolu keçməsinə, ölkəmizin bütün sahələrinin, o cümlədən mədəniyyət və incəsənətinin ildən-ilə inkişaf etməsinə səbəb olub.

Son illər ərzində respublikamızın hər bir teatrında olduğu kimi, Azərbaycan Dövlət Musiqili Teatrında da çox böyük işlər görülüb, uğurlu nəticələr əldə edilib. Sizin diqqət və qayğınız və bilavasitə rəhbərliyiniz sayəsində Azərbaycan Dövlət Musiqili Teatrında təmir, yenidənqurma və bərpa işləri aparıldı. Şübhəsiz ki, teatr binasının təmiri və demək olar ki, yenidən qurulması yeni məkanda daha böyük yaradıcılıq işlərinin aparılmasına xidmət etdi.

Əziz İlham Heydər oğlu!


Xəbərə aid fotolar