Bakıda qızı öldürülən ana keçmiş kürəkənini bağışlayıb


Kriminal 06 Mar 2019 14:54:00 192 0

Bakıda qızı öldürülən ana keçmiş kürəkənini bağışlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mahir Qocayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Report-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittihan aktını elan edib.

Elan olunmiş ittiham üzrə M.Qocayev özünü qismən təqsirli bildiyini deyib.

Sərbəst ifadə verən təqsirləndirilən şəxs söyləyib ki, onu əvvəlcə mərhum arvadı Ülviyyə Allahverdiyeva bıçaqla vurub: "Onun əlindən bıçağı alandan sonra Ülviyyəni vurdum".

Hakim xatırladıb ki, ekspertiza rəyində M.Qocayevin özü özünü bıçaqladığı qeyd edilib.

Daha sonra M.Qocayevin anası İradə Əliyeva məhkəmədə şahid qismində dindirilib. O,hadisəni digər qızından eşitdiyini deyib.

Hakim isə şahidə istintaqdakı ifadəsini xatırladıb. Məlum olub ki, İ.Əliyeva istintaqa verdiyi ifadəsində oğlunun əvvəlcə arvadını, sonra isə üzünü bıçaqladığını deyib.

Bu xatırlatmadan sonra İ.Əliyeva müstəntiqə verdiyi ifadəsini təsdiq etdiyini bildirib.