Siyavuş Novruzov: "Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət yetirilmir"


Siyasət 05 Mar 2019 13:17:00 230 0

Siyavuş Novruzov: "Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət yetirilmir"

Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı. Nə postsovet, nə də Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət yetirilmir. Ölkə başçısı tərəfindən həyata keçirilən işlər Ombudsmanın fəaliyyətini də yüngülləşdirmiş olur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında Ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

İnsan hüquqlarının qorunması ilə bağlı Azərbaycanda mühüm işlərin görüldüyünü deyən deputat söyləyib ki, Azərbaycan Prezidentinin hüquqları qanunla qorunur: "Lakin bu gün qanuna əməl etməyən, ölkədən kənarda fəaliyyət göstərən bir qrup insanlar var ki, onlar nə ictimaiyyətin fikirlərinə, nə də qanunlara baxır. Həmin şəxslərin fəaliyyətləri silahlı basqına, müxtəlif çağırışlara yönəlib. Ombudsman həmin şəxslərin fəaliyyət göstərdikləri ölkələrin ombudsmanlarına müraciət etməlidir. Cənab Prezidentin hüquqları qanunla qorunduğu kimi, Ombudsman tərəfindən də bu məsələyə diqqət edilməldir".