Tanış olduğu qızı gecə klubuna gətirdi və çılpaq halda...


Kriminal 04 Mar 2019 20:19:00 232 0

Tanış olduğu qızı gecə klubuna gətirdi və çılpaq halda...

Bakıda dələduzluqda və şantajda təqsirləndirilən Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü Samid Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Samid Abdullayev 2015-ci ilin sentyabrında Feysbuk sosial şəbəkəsi vasitəsilə tanış olduğu Ləman Məmmədovaya (ad və soyadlar şərtidir - red.) özü haqqında həqiqətə uyğun olmayan yalan məlumatlar verib, onunla sevgi münasibətləri yaradıb.

Əvvəl sevgisini elan etdi, sonra pulunu aldı

O, Ləmanın etibarını qazandıqdan sonra qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, işlərində problem yarandığını bildirib.

Samid bu yolla Ləmanı aldadıb və 2015-ci ilin sentyabrın sonlarında "Nəriman Nərimanov" metrostansiyasının yanında bir həftəyə qaytaracağı vədi ilə ondan 1000 manat alıb.

Bundan sonra Samid ucuz qiymətə satılan qızıl-zinət əşyalarını almaq istədiyini və gələcəkdə əldə edəcəyi qazancla onların evliliyi üçün müəyyən işlər görəcəyini deyib.

O, həmin il oktyabrın 2-də "Əhmədli" metrostansiyasının yanında bir həftəyə qaytaracağı vədi ilə Ləmandan 10.600 manat və 500 ABŞ dolları alıb.

Daha sonra verilən pulun qızıl-zinət əşyalarının alınması üçün kifayət etmədiyini və lazım olan məbləğin satıcıya çatdırılmayacağı təqdirdə verilmiş pulların da batacağını bildirib.

Oktyabrın 9-da Ləmandan "Nəriman Nərimanov" metrostansiyasının yaxınlığında 1500 manat, oktyabrın 25-də saat 11 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 2000 ABŞ dollar pulunu alıb.

Ehtiraslı görüş və intim söhbət

Bundan sonra, Samid Ləmanı rüsvayçı fotoları ilə şantaj etməyə başlayıb. O, Ləmanı Nərimanov rayonu ərazisində yerləşən "Klub 45"də öpüşdüyü zaman çəkilmiş fotoşəkilləri və videogörüntüləri, internet vasitəsilə ona göndərdiyi sinə nahiyəsinin yarıçılpaq fotoşəkili ilə şantaj edib.

Samid həmçinin Ləmanın vatsap vasitəsilə aralarında intim mövzuda olan yazışmaları atasına və iş yerinə göndərəcəyini bildirib.

O, qızdan hədə-qorxu ilə pul tələb edib.

"Sevgilisi"nə bank vasitəsi ilə nə qədər pul göndərdi?

Samid bu hədələrlə Ləmandan noyabrının 5-də 200 manat, noyabrın 10-da ümumi dəyəri 1500 manat olan qızıl və 400 ABŞ dollarını alıb.