"Özbaşına atılmış bir addımdır, qəbuledilməzdir " İran XİN ermənilərin yaratdığı


Siyasət 03 Mar 2019 22:06:00 229 0

"Özbaşına atılmış bir addımdır, qəbuledilməzdir "  İran XİN ermənilərin yaratdığı

"Ararat" idman kompleksində  erməni dilində bir neçə plakatın asılması özbaşına və qəbuledilməz bir addım idi, İran İslam Respublikası bunu dəstəkləmir.   Son.az bildirir ki, bunu ONA-ya açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.   B.Qasimi deyib ki, Ermənistan  baş naziri Nikol Paşinyanın "Ararat" idman kompleksində  olması və İranda yaşayan eyni dinə mənsub vətəndaşlarla görüşü normal haldır:

"Lakin Ararat idman kompleksində Dağlıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə  plakatın asılması  özbaşına atılmış bir addımdır, qəbuledilməzdir "   İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın Qarabağ münaqişəsinə dair  siyasətinin həmişəki kimi şəfaf və aydın siyasət olduğunu, dəyişmədiyini vurğulayıb:

"Münaqişə beynəlxalq prinsiplər əsasında və danışıq yolu ilə həll edilməlidir. İran üçün Ermənistan və Azərbaycanla  münasibətlərinin  Qarabağ münaqişəsinin təsiri altında olmaması çox önəmlidir. Ona görə  İran bu məsələdə  öz əsaslı və məntiqli siyasətini davam etdirir.  Ümid edirik ki,  münaqişə sülhməramlı səylərlə diplomatik yollarla tez bir zamanda həll ediləcək. İran iki ölkə arasındakı bu münaqişənin dinc yolla həlli üçün çalışıb,  yenə də, bunun  üçün bütün səylərini göstərə bilər".   İran-Azərbaycan münasibətlərini dəyərləndirən B.Qasimi deyib: "Azərbaycan müstəqillik əldə etdikdən sonra  davamlı olaraq münasibətlərimiz yüksələn xətt üzrə  inkişaf edib.  İran Azərbaycanın, Ermənistanın  və digər qonşu ölkələrin sabitliyini və iqtisadi inkişafını  dünyanın ən həssas bölgəsi olan regionumuzun inkişafı hesab edir. Bizim istəyimiz qonşu ölkələrin bir-biri ilə düşmənçilikdən uzaq, dinc və təhlükəsiz yaşamasıdır".