Arif Babayev: "Prezident İlham Əliyev və Mehriban Əliyeva milli mədəniyyətimizin inkişafına böyük qiymət verirlər"


Siyasət 02 Mar 2019 12:07:00 348 0

Arif Babayev: "Prezident İlham Əliyev və Mehriban Əliyeva milli mədəniyyətimizin inkişafına böyük qiymət verirlər"

Prezident İlham Əliyev və Mehriban Əliyeva milli mədəniyyətimizin inkişafına böyük qiymət verirlər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Xalq artisti, professor Arif Babayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.

A.Babayev çıxışında müsabiqələr haqqında danışıb: "Bizim növbəti muğam müsabiqəmiz bu yaxınlarda başlayacaq. Həddindən çox insan zəng edir, soruşur, maraqlanır, deyir ki, mən o müsabiqədə iştirak etmək istəyirəm. Doğrudan da çox böyük bir layihədir. Sağ olsun bu layihəni quran Mehriban xanım. Çünki muğam müsabiqələrinin keçirilməsi bizim sənət adamlarının inkişafına çox böyük təkandır".

Xalq artisti bildirib ki, cavanların araya-ərsəyə gəlməsi, onların püxtələşib xanəndə kimi formalaşması böyük işdir: "Məsələn, bu yaxınlarda Ağdamda möhtəşəm bir bina tikildi. Açılışda cənab Prezident, Mehriban xanım da iştirak etdilər. Yəni, bununla demək istəyirəm ki, çox sağ olun cənab Prezident, Mehriban xanım. Siz milli mədəniyyətimizin inkişafına doğrudan da böyük qiymət verirsiniz. Bu yaxınlarda, - gərək mən deyim bunu, - onurğa sütunumda bir problem var idi, sağ olsun Mehriban xanımın köməyi ilə o problem aradan qaldırıldı. İndi şükür Allaha ki, ayaq üstəyəm. Buna görə də Sizə təşəkkürümü bildirirəm.

Onu demək istəyirəm ki, cənab Prezident, camaatın Sizə çoxlu xeyir-duası, alqışları var. Mən bir sənət adamı kimi, bir ağsaqqal kimi Sizə "Çox sağ olun!" deyirəm. Bu yeni fərmanlar camaatı çox sevindirdi və çox böyük işdir. Mən qulaq asdım, doğrudan da çox sevindim və camaat da sevindi. Bunu alqışlayırlar. Doğrudan da bu, böyük işdir".

A.Babayev qeyd edib ki, uşaqlar musiqi məktəblərində formalaşırlar. Xalq və bəstəkar mahnılarını onlara balaca vaxtlarından öyrətmək lazımdır: "Onların not bilmələri daha yaxşıdır. Bir xanəndə kimi biz bunu görürük. Mən hazırda Milli Konservatoriyada kafedra müdiriyəm. Bizim peşəkar, çox gözəl müəllim yoldaşlarımız var, birgə çalışırıq və yaxşı xanəndələri ortaya çıxarırıq".

Son.az 

UEG Texniki Komitəsinin nümayəndəsi: "Azərbaycan Gimnastika Federasiyası qüsursuz işləyir" like
  • 02 Mar 11:59  
Digərləri UEG Texniki Komitəsinin nümayəndəsi: "Azərbaycan Gimnastika Federasiyası qüsursuz işləyir"

Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəs

arrow Ətraflı
Mehman Hüseynovun həbs müddəti başa çatdı, azadlığa çıxdı like
  • 02 Mar 11:55  
Digərləri Mehman Hüseynovun həbs müddəti başa çatdı, azadlığa çıxdı

Bloqer Mehman Hüseynovun həbs müddəti başa çatıb.

arrow Ətraflı
"Google"un 22 yaşlı mühəndisinin ölüm səbəbi açıqlandı like
  • 02 Mar 11:54  
Dünya "Google"un 22 yaşlı mühəndisinin ölüm səbəbi açıqlandı

"Google"un proqram mühəndisinin ölüm səbəbi açıqlanıb.

arrow Ətraflı
Nobel mükafatı laueratı vəfat etdi like
  • 02 Mar 11:51  
Dünya Nobel mükafatı laueratı vəfat etdi

Məşhur rus alimi, Nobel mükafatı laueratı, akademik Jores Alfyorov vəfat e

arrow Ətraflı
"RİA Novosti" ruslara 8 martda Bakıya gəlməyi təklif etdi like
  • 02 Mar 11:49  
Dünya "RİA Novosti" ruslara 8 martda Bakıya gəlməyi təklif etdi

Bayramlara bir həftədən də az vaxt qalıb, uzun həftəsonları başqa şəh

arrow Ətraflı
2 yaşlı qızda yumurtalıq xərçəngi yarandı like
  • 02 Mar 11:39  
Dünya 2 yaşlı qızda yumurtalıq xərçəngi yarandı

2 yaşlı uşaq xərçəng xəstəliyinə tutulub.

arrow Ətraflı
"Qızıl Məryəm"i öldürən qızının şikayəti təmin edilmədi like
  • 02 Mar 11:34  
Kriminal "Qızıl Məryəm"i öldürən qızının şikayəti təmin edilmədi

Ali Məhkəmədə anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynov

arrow Ətraflı
UEG Texniki Komitəsinin nümayəndəsi: Azərbaycan Gimnastika Federasiyası qüsursuz işləyir like
  • 02 Mar 11:33  
Digərləri UEG Texniki Komitəsinin nümayəndəsi: Azərbaycan Gimnastika Federasiyası qüsursuz işləyir

Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəs

arrow Ətraflı
Mehman Hüseynov azadlığa buraxıldı  FOTO like
  • 02 Mar 11:31  
Digərləri Mehman Hüseynov azadlığa buraxıldı FOTO

Həbsdə olan blogger Mehman Hüseynovun cəza müddəti başa çatıb.

arrow Ətraflı
Ər taksi sürücüsündən hamilə qalan arvadını bıçaqladı like
  • 02 Mar 11:24  
Dünya Ər taksi sürücüsündən hamilə qalan arvadını bıçaqladı

Türkiyədə kişi ona xəyanət edən həyat yoldaşına bıçaqla xəsarət ye

arrow Ətraflı
Tünzalə səhrada açıqsaçıq geyimdə like
  • 02 Mar 11:19  
Şou-biznes Tünzalə səhrada açıqsaçıq geyimdə

Əməkdar artist Tünzalə Ağayeva geyimləri ilə təəccübləndirməkdə dav

arrow Ətraflı