Rusiya səfiri: "ATƏTin Minsk qrupu münaqişənin nizamlanmasına kömək edə bilən real alətdir"


Siyasət 01 Mar 2019 17:57:00 351 0

Rusiya səfiri: "ATƏTin Minsk qrupu münaqişənin nizamlanmasına kömək edə bilən real alətdir"

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməli olan və edə bilən real beynəlxalq alətdir.

Son.az bildirir ki, bunu Trend-ə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

Səfir bildirib ki, Minsk qrupunun həmsədrləri bu istiqamətdə müntəzəm fəaliyyətdədirlər:

"Hesab edirəm ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəal çalışırlar, bunun üçün bütün səylərini göstərirlər".

Qeyd edək ki, bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında Azərbaycan və Ermənistan liderlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul etdikləri bildirilib.

Son.az