Qubada dələduz tutuldu


Kriminal 28 Fev 2019 09:12:00 351 0

Qubada dələduz tutuldu

Quba rayonunda oğurluq və dələduzluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata əsasən, Quba RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fərqli vaxtlarda Quba və yaxın rayonlarda çoxlu sayda oğurluq və dələduzluq etməkdə şübhəli 35 yaşlı Sabirov Ramiz Əli oğlu saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib. R.Sabirovun ətrafında aparılan tədbirlərlə, onun müxtəlif vaxtlarda Quba rayonunda ümumilikdə 16 nəfərə qarşı dələduzluq və oğurluqlar etdiyi məlum olub.

Ramiz Sabirovun başqa hadisələrdə iştirak edib-etməməsi araşdırılır.

Əgər Ramiz Sabirovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Quba RPŞ-nə müraciət etmələri və ya şəhər telefonlarından (023)3353511; (023)3354302 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.