Prokuror rüşvətdə təqsirləndirilən icra nümayəndəsinə 6 il cəza istədi


Kriminal 27 Fev 2019 19:50:00 310 0

Prokuror rüşvətdə təqsirləndirilən icra nümayəndəsinə 6 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə saxtakarlığı və rüşvətdə təqsirləndirilən Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Prokuror A.Osmanovun 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.