Prokuror 300 min manatdan artıq dələduzluq edən iş adamına cəza istədi


Kriminal 27 Fev 2019 18:04:00 326 0

Prokuror 300 min manatdan artıq dələduzluq edən iş adamına cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Əzimovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 9 il azadlıqdan məhrum edilməsinin istəyib.

Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.

İttihama əsasən, iş adamı olan Z.Əzimov tanışları Asiman Ağayevdən 60 min, Elşən Məmmədovdan 217 min, İlkin Naibovdan 45 min, Rövşən Tanrıverdiyevdən isə 46 min manat pul alıb. Bütün bunların qarşılığında Z.Əzimov tanışlarına biznes fəaliyyəti ilə məşğul olacaqlarını deyib.