İncəsənət Muzeyində “XX əsrin faciəsi Xocalı soyqırımı” adlı tədbir FOTO


Kriminal 26 Fev 2019 18:59:00 425 0

İncəsənət Muzeyində “XX əsrin faciəsi  Xocalı soyqırımı” adlı tədbir  FOTO

Fevralın 25-də Milli İncəsənət Muzeyində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş "XX əsrin faciəsi - Xocalı soyqırımı" adlı tədbir keçirilib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri və əməkdaşları iştirak edib.

Kompozisiya şəklində təqdim edilən tədbirdə qeyd olunub ki, 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qanla yazılıb.


Xəbərə aid fotolar