“Bilmədim, sadəcə, çəkmək üçün götürdüm”


Kriminal 26 Fev 2019 14:10:00 420 0

“Bilmədim, sadəcə, çəkmək üçün götürdüm”

Həyətində yabanı halda bitən narkotik tərkibli bitkiləri öz istidafəsi üçün saxlayan şəxsin arzusu ürəyində qalıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə stansiyası Xətt Polis Şöbəsinə şəhər dəmir yolu vağzalında bir nəfər şəxsin üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxsin Gəncə şəhər sakini 36 yaşlı Elnur İbrahimov olduğu müəyən edilib. O, saxlanaraq şöbəyə gətirilib. Ucal Abbasov - Müstəntiq: "Gəncə stansiyası xətt polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşlarının Gəncə Dəmir Yolu Stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Üzərinə baxış keçirilən zaman həmin çəkidə narkotik vasitə aşkarlanaraq götürülüb". Saxlanılan Elnur İbrahimov polisə verdiyi ifadəsində üzərində gəzdirdiyi 475 q. bitkinin narkotik vasitə olmasından xəbərsiz olduğunu və əməlinə görə peşmanlıq keçirdiyini deyib. Elnur İbrahimov - Saxlanılan şəxs: "Məhləmdə bitmişdi. Narkotik olduğunu bilmədim. Onu siqaret əvəzinə çəkmək üçün götürdüm. Çəkə bilmədim, vağzalda tutdular". Faktla bağlı Elnur İbrahimovun barəsinə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə iş başlanılıb. İstintaq aparılır.


Xəbərə aid fotolar