Qaçırılan qızın qohumları oğlanın evinə hücum etdilər, ərlə arvadı bıçaqladılar FOTO


Kriminal 25 Fev 2019 13:21:18 401 0

Qaçırılan qızın qohumları oğlanın evinə hücum etdilər, ərlə arvadı bıçaqladılar  FOTO

Masallı rayonunda qaçırılan qızın qohumları oğlanın evinə hücum edərək, ev sahiblərinə bıçaqla xəsarət yetiriblər

.

Son.az report-a istinadən bildirir ki, hadisə rayonunun Alışanlı kəndində baş verib.

Belə ki, kənd sakini 1969-cu il təvəllüdlü Xalıq Məmməd oğlu Həsənovun yaşadığı evə 4 nəfər basqın edərək ev sahibini və onun həyat yoldaşı, 1969-cu il təvəllüdlü Xanım Balaş qızı Həsənovaya bıçaqla xəsarət yetiriblər.

X.Məmmədovun bildirdiyinə görə oğlu Rəşad bir gün əvvəl qonşu Səmidxanlı kəndindən qız qaçırıb. Qız öz istəyi ilə qaçdığını yazılı şəkildə bildirib. Bununla razılaşmayan qohumlar oğlanın atasının evinə hücum çəkərək qızın geri qaytarılmasını tələb ediblər. Qızı evdə görmədikdə ev əşyalarını dağıdıblar.


Xəbərə aid fotolar