Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi


Siyasət 22 Fev 2019 14:12:00 173 0

Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan hökumətləri arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında protokolu təsdiq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, protokolun məqsədi hərbi tibb təhsili, hərbi təlim və elm sahələrində səlahiyyətli orqanların cavabdehlikləri çərçivəsində tərəflərin riayət etməli olacaqları əsasları müəyyənləşdirmək və əməkdaşlığı inkişaf etdirməkdir.

Sənəd həmin sahələrdə şəxsi heyət, material, təchizat, məlumat və təcrübə mübadiləsini əhatə edir.