"Köçəryan qurtulmaq üçün yenidən Qarabağ kartından istifadə etmək istəyir"


Siyasət 21 Fev 2019 14:40:36 223 0

"Köçəryan qurtulmaq üçün yenidən Qarabağ kartından istifadə etmək istəyir"

Azərbaycan rəhbərliyi tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması sahəsində aparılan düşünülmüş, beynəlxalq hüquq normalarına əsaslanan siyasət son vaxtlar bu danışıqların nəhayət nəticə verəcəyinə ümidləri artırıb. Bu proseslərdən təşfişə düşən Ermənistanın sabiq prezidenti Robert Köçəryan öz bəyanatı ilə Ermənistan cəmiyyətində özünə dəsdək qazanmağa çalışır, ona qarşı açılmş cinayət işindən yaxasını qurtarmağa cəhd göstərir.

Bu barədə Son.az-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev bildirib.

Millət vəkili hesab edir ki, hazırda həbsdə olan Köçəryanın bu bəyanatı oyundan başqa bir şey deyil: "Ermənistanın həbsdə olan sabiq prezidenti Pobert Köçəryan həbsxanadan Qarabağla bağlı bəyanat yayaraq Ermənistanın yeni hakimiyyətini "Qarabağın" əsaslarını vurmaqda ittiham edir. Vaxtilə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərən seperatçı millətçi hərəkatın liderlərindən biri olan Köçəryanın rəhbərlik etdiyi "Qarabağ klanı" Ermənistanda hakimiyyəti ələ keçirmişdi.   Dağlıq Qarabağın və onun ətrafındakı ətraf rayonların işğalında, Xocalı soyqırımının həyata keçirilməsində Koçaryan və onun əlaltıları əsas rol oynayıb. Hakimiyyətdə olduğu dövrdə yol verdiyi bir neçə cinayət işinə görə həbsdə olan Köçəryan öz çirkin əməllərini ört-basdır etmək məqsədilə vaxtı ilə istifadə etdiyi Qarabağ kartından yenidən istifadə etmək istəyir".

Koçaryan həbsxanadan Qarabağla bağlı bəyanat verdi Qeyd edək ki, Ermənistanın həbsdə olan ikinci prezidenti Robert Köçəryanın müraciətində bildirib ki, Ermənistanın yeni hökumət Ermənistan dövləti və "Qarabağ"ın əsaslarına zərbələr endirirlər.

O vurğulayıb ki, Qarabağ hərəkatı erməni xalqının tarixində əsas rol oynayır: "Mürəkkəb daxili siyasət və geosiyasi nizamsızlıq nəticəsində hakimiyyətə gələn insanlar, davamlı şəkildə Ermənistan dövlətinin əsaslarına güclü zərbələr endirir.

Köçəryanın sözlərinə görə, bu insanlar məqsədli şəkildə xalqın birliyi və ordunun əhval-ruhiyyəsini zəiflətməyə çalışırlar.

Sabiq prezident əlavə edib ki, Ermənistan dövlətinin qarşısında duran çağırışlar günü-gündən güclənir.

İlkin İzzət Son.az