Türkiyədən gələn kişi arvadını yad kişi ilə tutdu və...


Kriminal 20 Fev 2019 20:04:00 321 0

Türkiyədən gələn kişi arvadını yad kişi ilə tutdu və...

İsmayıllı rayonunda arvadını öldürməkdə təqsirli bilinən Elçin Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Elçin Cəfərovun barəsində toplanan cinayət işi üzrə materialllar İsmayıllı rayon Prokurorluğu tərəfindən Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.

İttihama görə, ötən il iyulun 2-dən 3-nə keçən gecə Ağdaş rayonunda anadan olmuş və İsmayıllının Kürdmaşı kənində yaşayan Ceyhunə Səfərova qətlə yetirilib.

Qadın odlu silahdan açılan atəş nəticəsində ölüb. Qətllə bağlı şübhəli qismində Ceyhunə Səfərovanın həyat yoldaşı Elçin Cəfərov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, kişi işləmək üçün getdiyi Türkiyədən yenicə qayıdıbmış.