Tanışının evinə hücum etdi, onu çəkiclə vurub


Kriminal 20 Fev 2019 19:39:00 351 0

Tanışının evinə hücum etdi, onu çəkiclə vurub

Bakıda yaşayış evinə silahlı basqın etməkdə təqsirli bilinən Bəkir Rüstəmbəyovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bəkir Rüstəmbəyovun barəsində Yasamal rayon Prokurorluğunda aparılan istintaq yekunlaşdırılıb və iş material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əlövsət Abbasovun icraatına verilib. Yaxın günlərdə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Qeyd edək ki, Bakı şəhər sakini Bəkir Rüstəmbəyov tanışı Çingiz Qaçayın paytaxtın Yasamal rayonu, Ə. Ələkbərov küçəsi, ev 14, mənzil 15 ünvanındakı evinə gələrək onun əmlakını ələ keçirmək istəyib.