Bakıda sevgilisinin qardaşını bıçaqlayan şəxsdən


Kriminal 20 Fev 2019 16:34:00 340 0

Bakıda sevgilisinin qardaşını bıçaqlayan şəxsdən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Zalov 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 8-də Sabunçu rayonu ərazisində, həmin ərazidə kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.