Prezident İlham Əliyev: "Xarici enerji mənbələrindən asılı olan dövlətlər əmin olmalıdırlar ki, Cənub Qaz Dəhlizi marşrutu dayanıqlı və uzunmüddətli olacaq"


Siyasət 20 Fev 2019 15:56:00 68 0

Prezident İlham Əliyev: "Xarici enerji mənbələrindən asılı olan dövlətlər əmin olmalıdırlar ki, Cənub Qaz Dəhlizi marşrutu dayanıqlı və uzunmüddətli olacaq"

"Xarici enerji mənbələrindən asılı olan dövlətlər əmin olmalıdırlar ki, Cənub Qaz Dəhlizi marşrutu dayanıqlı və uzunmüddətli olacaq".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir: "Biz yaxşı anlayırıq ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir. Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. O dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Beləliklə, bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir.

Bu gün toplantının formatı onu nümayiş etdirir ki, biz çox geniş beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik. Maliyyə qurumları, şirkətlər və ölkələrin bir amalı var. Biz bu layihənin reallaşdırılmasına inanırıq və hesab edirik ki, hər birimiz üçün bu, uzunmüddətli uğur hekayəsi olacaqdır".

İlham Əliyev bildirib ki, Azərbaycanın qaz ehtiyatlarına gəldikdə, təsdiq edilmiş ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Əlbəttə ki, "Şahdəniz" Azərbaycanın əsas qaz yatağıdır. Lakin, eyni zamanda, hazırda istismar prosesində olan digər yataqlar da var və düşünürəm ki, tezliklə biz "Abşeron" yatağından yaxşı nəticələr əldə edəcəyik. Əminəm ki, ən yaxın gələcəkdə biz oradan qaz hasil etməyə başlayacağıq. Böyük qaz ehtiyatına malik "Ümid", "Babək" yataqları və digər yataqlar da çox ümidvericidir. Ona görə də mən əminəm ki, "Şahdəniz" Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyi olmayacaq və yataqlarımızdan nə qədər çox qaz hasil edilsə, tərəfdaşlarımızı təchiz etmək və haqqında danışdığımız təchizat şəbəkəsini şaxələndirmək üçün daha çox potensial olacaq".

Prezident qeyd edib ki, enerji əməkdaşlığı layihələri digər sahələrdəki əməkdaşlıqda da çox mühüm rol oynayır: "Mən xüsusilə nəqliyyatı qeyd edərdim. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ölkəmizin ərazisindən keçir. Biz müasir nəqliyyat infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq. Bakı dəniz limanı, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, magistral yollar, Xəzər dəniz gəmiçiliyi, hava limanları - bütün bunlar bizim neft və qaz satışından əldə etdiyimiz gəlirlər sayəsində mümkün olub. Beləliklə, biz gəlirləri əlavə gəlir gətirəcək və ümumi işə xidmət edəcək sektorlara yönəltmişik. Çünki nəqliyyat layihələri, eləcə də enerji layihələri ölkələri birləşdirir. Ölkələr əlaqəli, qarşılıqlı şəkildə bir-birindən asılı olur və hər kəs mənfəət əldə edir. Ona görə də biz enerji təhlükəsizliyi layihələrinin faydasını digər sahələrdə görürük".

Günter Ottinger: “Cənub Qaz Dəhlizi” Aİ üçün strateji vacib layihədir like
  • 20 Fev 15:53  
Digərləri Günter Ottinger: “Cənub Qaz Dəhlizi” Aİ üçün strateji vacib layihədir

“Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün strateji vacib layihədir

arrow Ətraflı
"Nar" 45dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib like
  • 20 Fev 15:53  
Digərləri "Nar" 45dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

Ölkənin ən gənc mobil operatoru olan "Nar" yüksəkkeyfiyyətli 4G

arrow Ətraflı
Chelsea-dan rekord göstərici like
  • 20 Fev 15:53  
İdman Chelsea-dan rekord göstərici

Chelsea rəhbərliyi 1992/93 mövsümündə futbol&

arrow Ətraflı
“Gilan Holding” “AFB Bank”da payını satır  QİYMƏT like
  • 20 Fev 15:51  
Digərləri “Gilan Holding” “AFB Bank”da payını satır QİYMƏT

Hikmət İsmayılov "AFB Bank"da "Gilan Holding"in payını

arrow Ətraflı
Məşhur çimərlik zibilxanaya çevrildi like
  • 20 Fev 15:46  
Digərləri Məşhur çimərlik zibilxanaya çevrildi

Dünyanın ən populyar və məşhur çimərliklərindən biri, İndoneziyanın

arrow Ətraflı
Azərbaycanlı müğənniyə qarşı maşınında İYRƏNC ƏMƏL like
  • 20 Fev 15:42  
Şou-biznes Azərbaycanlı müğənniyə qarşı maşınında İYRƏNC ƏMƏL

Müğənni Zahidə Günəş "Hər şey daxil"də bir il əvvəl baş

arrow Ətraflı
“Xocalı” kompozisiyası təqdim edildi  VİDEO  FOTO like
  • 20 Fev 15:37  
Digərləri “Xocalı” kompozisiyası təqdim edildi VİDEO FOTO

20 fevral Beynəlxalq Mətbuat Mərkəzində "ARB Günəş"in istehsa

arrow Ətraflı