Yevlaxda kişi dayısı oğlunun arvadına tövlədə təcavüz edib


Kriminal 20 Fev 2019 13:12:00 413 0

Yevlaxda kişi dayısı oğlunun arvadına tövlədə təcavüz edib

Yevlax rayonunda qohumuna qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Eşqin İsmayılzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, Eşqin İsmayılzadə Tərtər rayonunun Evoğlu kəndindən anadan olub və həmin kənddə boya-başa çatıb.

Fermada iki çoban ailəsi

Daha sonra o, işləmək üçün Yevlax rayonunun Salahlı kəndinə gəlib. O, həmin kənddə yerləşən fermada çobanlıq edib, mal-qaraya baxıb.

Onunla birlikdə həmin fermada dayısı oğlu Novruz Əliyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) ailəsi də olub. Novruz arvadı ilə birlikdə fermada mal-qaralara baxmaqla ailəsini dolandırıb.

Dayısı oğlunun arvadını tək gördü

Eşqin İsmayılzadə ötən ilin mayın 10-dan 11-nə keçən gecə kənd ərazisində bir neçə tanışı ilə içki məclisində olub. Səhər saat 8 radələrində sərxoş vəziyyətdə fermaya qayıdan Eşqin dayısı oğlunun arvadı Səbinənin fermanın tövləsində tək olduğunu görüb.

Eşqin İsmayılzadə cinsi ehtirasını təmin etmək məqsədilə Səbinənin olduğu tövləyə girib. O, qadınla qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədilə onun üstünə cumub.

Tövlədə seksual hərəkət

Həmin vaxt Eşqin İsmayılzadə Səbinəni qucaqlayıb. Səbinə onun niyyətini başa düşüb aktiv müqavimət göstərib. Qadının müqavimət göstərdiyini görən Eşqin ona qarşı zorakılıq edib.

Daha sonra Eşqin İsmayılzadə Səbinənin əl-qolunu tutub, sonra qadının paltarını soyundurub. Sonra özü də soyunan Eşqin qadına qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb.