Masazırda 40 yaşlı Şəki sakini küçədə bıçaqlandı


Kriminal 19 Fev 2019 17:44:00 302 0

Masazırda 40 yaşlı Şəki sakini küçədə bıçaqlandı

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. 1979-cu ildə Şəki rayonunda anadan olmuş, Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Zaur Kərim oğlu Mustafayev naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.