Sabiq MTN əməkdaşının cinayət işi yenidən məhkəməyə göndərildi


Kriminal 15 Fev 2019 11:05:00 314 0

Sabiq MTN əməkdaşının cinayət işi yenidən məhkəməyə göndərildi

Dələduzluqda təqsirləndirilən Tofiq Rəcəbovun cinayət işi üzrə ibtidi istintaq yenidən başa çataraq məhkəməyə göndərilib.

Son.az report-a istinadən xəbər verir ki, bu dəfə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

İttiham aktına əsasən, T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənovun 124 min manat pulunu ələ keçirməkdə ittiham olunur. O, həmin pul qarşılığında T.Həsənovun torpaq sahəsini sənədləşdirmə vədini verib. Lakin sonradan vədinə əməl etməyib.

T.Rəcəbov barəsində həbs qətimkan tədbiri seçilməyib.

Qızıl biznesi ilə məşğul olan T.Rəcəbovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.