Prezident İlham Əliyevin imzasını saxtalaşdıran deputat köməkçisi saxlanılıb FOTO


Kriminal 15 Fev 2019 10:33:00 327 0

Prezident İlham Əliyevin imzasını saxtalaşdıran deputat köməkçisi saxlanılıb  FOTO

Polis əməkdaşları məmur postlarını "satan" 32 yaşlı Dərbənd sakini Beytulla Cavadovu saxlayıblar. Hazırda onun əməllərindən 10 nəfərin zərər çəkməsi məlumdur. Dələduz karyera pilləkəni ilə irəliləmək istəyənlərə göstərəcəyi "xidmətə" görə azı 15 milyon rubl mənimsəyib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Cavadov məmur postlarının satışına Dağıstan parlamentinin deputatı Leyla Kərimovanın köməkçisi olduqdan sonra başlayıb. Qurbanlarını əlindəki imkanlara inandırmaq üçün onlara respublikanın birinci şəxsləri ilə fotoşəkillərini, Azərbaycan və Rusiya prezidentlərinin saxta fəxri fərmanlarını, adlı saatlarını göstərib.

Dələduz Cavadov təhsil nazirinin müavini vəzifəsi üçün 4 milyon rubl, rayon başçısı vəzifəsi üçün 2-3 milyon, baş nazir vəzifəsi üçüncə cəmi 5 milyon rubl istəyib.


Xəbərə aid foto