Şirvan sakinində narkotik maddə tapıldı


Kriminal 13 Fev 2019 19:33:00 364 0

Şirvan sakinində narkotik maddə tapıldı

Şirvan sakinindən külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Son.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin (ÇPÇ) Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Elvin Abduləzizov saxlanılıb.

Onun üzərinə baxış zamanı ümumi çəkisi 3 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirinin davamı olaraq E.Abduləzizova məxsus mağazada baxış keçirilən zaman oradan 864,57 qram marixuana aşkar edilib.