“Skameykada oturan cütlüklə söhbəti 100 manata həll etdik”


Kriminal 12 Fev 2019 15:24:00 338 0

“Skameykada oturan cütlüklə söhbəti 100 manata həll etdik”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən keçmiş polis əməkdaşı Şaban Məmmədovun məhkəməsi keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Ş.Məmmədov özünü qismən təqsirli bildiyini deyərək əlavə edib ki, 7 il 6 ay Çevik Polis Alayında xidmət edib və daha sonra xidmətdən qovulub: "Hadisə günü "Ukrayna" dairəsi yaxınlığında parkda gəzirdim, gənc oğlanla bir qızın skameykada yan-yana oturduğunu gördüm. Onlara yaxınlaşıb polis əməkdaşı olduğumu deyib niyə bir yerdə oturduqlarını, qızın ailəsinin bundan xəbəri olub-olmadığını soruşdum. Sonra söhbəti 100 manata həll etdik. Mən də çıxıb getdim. Məqsədim asayişi qorumaq idi".