Rusiyada azərbaycanlı biznesmeni öldürən şəxsin kimliyi


Kriminal 12 Fev 2019 13:35:00 340 0

Rusiyada azərbaycanlı biznesmeni öldürən şəxsin kimliyi

Yanvarın 31-də Rusiyanın Arxangelsk şəhərində güllənən azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlunun qatilinin kimliyi və qətlin səbəbi müəyyənləşib.

Son.az Report-a istinadən bildirir ki, azərbaycanlı iş adamını güllələyərək öldürən şəxs qismində saxlanılan Belarus Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü Tarasau Ruslandır. 

O, saxlanıldığı Arxanegls şəhəri Plesetsk rayonu polisinə günahını etiraf edib. Azərbaycanlı iş adamının rayon ərazisindəki torpaq bölgüsü üstündə yaranan mübahisəyə görə sifariş əsasında öldürüldüyü etiraf olunsa da sifarişçinin kimliyi istintaq sirri olduğu üçün hələlik açıqlanmır.  


Xəbərə aid fotolar