Sosial şəbəkədə tanış olduğu qadını girov saxladı, dəfələrlə zorladı


Kriminal 09 Fev 2019 17:55:00 242 0

Sosial şəbəkədə tanış olduğu qadını girov saxladı, dəfələrlə zorladı

Bakının Nizami rayonunda zorlama faktı qeydə alınıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, paytaxt sakini Roman İbrahimov sosial şəbəkələrdən birində Samirə Məmmədova (ad və soyad şərti verilib - red.) ilə tanış olub.

Daha sonra Roman İbrahimov Samirə ilə real həyatda görüşməyə başlayıb.

Bu günlərdə Roman Samirəni rayon ərazisində evlərdən birinə gətirib və orada qanunsuz olaraq saxlayıb.

Roman həmin evdə Samirə ilə dəfələrlə zorla intim əlaqədə olub.

Daha sonra o, Samirəyə zorakılıq göstərib və həmin evdə qalmasını tələb edib. Samirə onun tələbini yerinə yetirmədiyi halda Roman onun yaxın qohumlarını öldürməklə hədələyib.

Roman Samirəni hədələyən zaman silah qismində olan əşyanı nümayiş etdirib. Bu hədələrdən qorxan Samirə həmin evdə qalmağa razı olub.