Oğurluğa görə tutulan şəxslərin digər cinayəti üzə çıxdı


Kriminal 09 Fev 2019 15:50:00 230 0

Oğurluğa görə tutulan şəxslərin digər cinayəti üzə çıxdı

Xəzər rayonu ərazisindəki evlərin birindən pul oğurlanması barədə Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və bu il fevralın 1-də həmin mənzildən 1600 ABŞ dollarının oğurlanması məlum olub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Binə qəsəbə sakinləri A.Qazıyev, C.Həsənov və V.Qasımov olmaları müəyyən edilib.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki bir mağaza və evdən ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilib.