Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub


Siyasət 07 Fev 2019 11:46:00 193 0

Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat verdilər.

Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxdı, sakinlərlə söhbət etdi.


Xəbərə aid foto