Bakıda oğurluq və narkotik alverində təqsirləndirilən dəstəyə hökm oxundu


Kriminal 06 Fev 2019 20:41:00 224 0

Bakıda oğurluq və narkotik alverində təqsirləndirilən dəstəyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nurlan Ağayev, Sərhat Əmirov, Mirasəf Kərimli, Novruz Salayev və Mədət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Nurlan Ağayev 4 il, Sərhat Əmirov 4 il 6 ay, Mirasəf Kərimli 3 il 6 ay, Novruz Salayev 11 il, Mədət Hüseynov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. M.Kərimli ilə M.Hüseynovun barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və hər iki şəxs məhkəmə zalında həbs olunub.