AMEA Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiq edib


Kriminal 06 Fev 2019 20:27:00 257 0

AMEA Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiq edib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiq edib.

Son.az Trend-ə istinadən bildirir ki, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən Humanitar Elmlər Bölməsinin (HEB) akademik-katibi, akademik Teymur Kərimli ölkə başçısı İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" və Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi İli" elan edilməsi ilə bağlı sərəncamlar imzaladığını xatırladıb.

O qeyd edib ki, bu sənədlərin icrasından irəli gələn məsələlərin həlli məqsədilə AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrində müvafiq Tədbirlər Planı hazırlanıb.