Bolqarıstanın energetika naziri Azərbaycana gələcək


Siyasət 06 Fev 2019 12:15:00 187 0

Bolqarıstanın energetika naziri Azərbaycana gələcək

Bolqarıstanın energetika naziri Temenujka Petkova bu ay Azərbaycana səfər edəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

Nazir fevralın 20-də "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının beşinci iclasında iştirak edəcək.

Mənbə onu da bildirib ki, T.Petkova geniş nümayəndə heyəti ilə Azərbaycana gələcək.