Görkəmli bəstəkar Qara Qarayev Fəxri xiyabanda anılıb FOTO


Kriminal 06 Fev 2019 10:06:00 257 0

Görkəmli bəstəkar Qara Qarayev Fəxri xiyabanda anılıb  FOTO

Fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin xatirəsi Fəxri xiyabanda yad olunub

.

Son.az Trend-ə istinadən bildirir ki, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri və sənətkarın ailə üzvləri tərəfindən məzarı önünə tər güllər düzülüb.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə görkəmli bəstəkar, pedaqoq və ictimai xadim Qara Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verib. Vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir.

Bəstəkar Elnarə Dadaşova diqqətə çatdırıb ki, bəstəkarın melodiya, ritm, musiqi forması sahəsində axtarışları Azərbaycan xalqının musiqi təfəkkürü xüsusiyyətlərinə, eləcə də ötən əsrlərin bəstəkarlıq məktəbləri və musiqi cərəyanlarının ən yaxşı nümunələrinə əsaslanır.


Xəbərə aid fotolar