Azərbaycanda yeniyetmə qız bıçaqlanıb


Kriminal 04 Fev 2019 22:59:00 237 0

Azərbaycanda yeniyetmə qız bıçaqlanıb

Gəncə şəhərində yeniyetmə qız bıçaqlanıb.

Son.az report-a istinadən bildirir ki, axşam saatlarında 2003-cü il təvəllüdlü İ.M-ova qarın boşluğundan bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. O, cərrahi əməliyyat edilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Yaxınlarının bildirdiyinə görə, İ.M-ova küçədə mübahisə zəminində bıçaqlanıb.