Ütsündə silah və narkotik gəzdirən şəxs saxlanıldı


Kriminal 04 Fev 2019 19:39:00 212 0

Ütsündə silah və narkotik gəzdirən şəxs saxlanıldı

Gəncə sakinindən silah və narkotik maddə aşkarlanıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 31 yaşlı Orxan Əliyev saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 5 ədəd patron olan "Makarov" tipli tapança, əlindəki sellofan torbada isə 1 kiloqram 211 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 411 qram şəkidə narkotik vasitə hesab edilən tiryək aşkar olunaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbərə aid foto