Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin tikintisinə pul ayırıb


Siyasət 02 Fev 2019 18:10:00 204 0

Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin tikintisinə pul ayırıb

Prezident İlham Əliyev fevralın 2-də "Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 10 milyon 933 min 900 manatı Gənclər və İdman Nazirliyinə ayrılıb.