Şəhid zabitin oğlu: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında sosial ədalət prinsipi hər şeydən yüksəkdə dayanır"


Siyasət 02 Fev 2019 10:49:00 69 0

Şəhid zabitin oğlu: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında sosial ədalət prinsipi hər şeydən yüksəkdə dayanır"

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında sosial ədalət prinsipi hər şeydən yüksəkdə dayanır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu fevralın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclu deyib.

A.Oruclu Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu olduğuna görə fəxr etdiyini bildirib: "Aprel döyüşlərində atamın Vətənimiz uğrunda qəhrəmancasına şəhid olması bizə böyük qürur hissi yaşadır. Ordumuzun Aprel döyüşlərindəki qələbəsi yalnız Ordunun deyil, həm də Sizin qələbəniz idi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, əzmini və qətiyyətini göstərdi. Azərbaycan Ordusu bu gücü, bu ilhamı məhz Sizdən alır. Lakin hamıya məlumdur ki, torpaqların qorunması, azadlıq və müstəqillik itkisiz əldə edilmir. Buna baxmayaraq, Vətən, torpaq uğrunda şəhid olan igid və qəhrəmanlarımız Azərbaycan var olduqca yaddaşlarda yaşayacaq".

O, bir gənc kimi, dövlətimizə layiqli vətəndaş olmaq məqsədilə ADA Universitetinə qəbul olduğunu qeyd edib: "Hazırda ölkəmizin ən nüfuzlu universitetlərindən birində təhsil alıram və dövlətim bizə dəstək olur. Digər sosial müdafiəyə ehtiyacı olan ailələr kimi, mənim də təhsil haqqım dövlətimiz tərəfindən ödənilir.

Cənab Prezident, Sizin dörd gün öncə şəhid ailələri ilə keçirdiyiniz görüş, orada yaşlı şəhid valideynlərinə göstərdiyiniz qayğı və nəvaziş xalqımız tərəfindən qürur hissi ilə qarşılandı. Bu, biz gənclər üçün gözəl nümunə oldu. Siz bu görüşdəki çıxışınızda qeyd etdiyiniz kimi, təkcə keçən il 5900 məcburi köçkün ailəsi, 6600 şəhid ailəsi dövlətimiz tərəfindən mənzillərlə təmin olunub, 6 mindən çox şəhid ailəsinə isə minik avtomobilləri verilib. Bu, Sizin şəhid ailələrinə göstərdiyiniz münasibətin təzahürüdür".

A.Oruclu Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün verdiyi sərəncama uyğun olaraq, 2016-cı ildə ailəsinin də digər şəhid ailələri kimi 11 min manat vəsaiti aldığını deyib:

"Qərara gəldik ki, Qarabağ döyüşçülərinin və qazilərinin, şəhidlərin təbliği işinə biz də qoşulaq. Bu məqsədlə 2016-cı ilin Aprel döyüşlərində şəhid olanların ailə üzvləri birləşərək İctimai Birlik yaratdıq. Ümid edirik ki, gördüyümüz işlərlə dövlətin bu sahədə həyata keçirdiyi siyasətə kiçik töhfə vermiş oluruq. Güman edirik ki, bu iş valideynlərimizin ruhlarını da şad edib.

Biz gənclər düşünürük ki, verdiyimiz hər itki əvəzinə minlərlə gənc onların keçdiyi şərəfli yolunu davam etdirməyə hazırdır. Mən bu gün bir gənc, bir şəhid övladı kimi bir daha əmin oldum ki, həyata keçirdiyiniz siyasətin əsasında sosial ədalət prinsipi hər şeydən yüksəkdə dayanır. Siz və birinci xanım Mehriban Əliyeva sosial müdafiəyə ehtiyacı olanlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşmısınız, hər zaman şəhid ailələrinin yanında olmusunuz. Azərbaycan vətəndaşları hər zaman Sizin şəfqət və mərhəmətinizi hiss edib. Sizin gəncliyə dəstəyiniz və sosial siyasətiniz bizdə özünəinam və əminlik yaradır.

Şəhid vərəsələrinə göstərdiyiniz diqqət və qayğı üçün Sizə bir daha minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan gəncliyi sabaha daha inamla addımlayacaq. Azərbaycanın əmin-amanlıq şəraitində inkişafı üçün apardığınız siyasətdə Sizə uğurlar arzulayırıq. Əmin ola bilərsiniz ki, bir qəhrəman övladı olaraq hər zaman Sizin yanınızdayıq. Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyirik".

Son.az 

Tanınmış aktrisanı əri vəhşicəsinə döydü like
  • 02 Fev 10:39  
Digərləri Tanınmış aktrisanı əri vəhşicəsinə döydü

Amerikalı aktrisa Cenni Farley əri Rocer Mattes tərəfindən döyüldüyünü

arrow Ətraflı
Balakəndə narkotacir tutuldu like
  • 02 Fev 10:34  
Kriminal Balakəndə narkotacir tutuldu

Balakən sakinlərindən narkotik götürülüb.

arrow Ətraflı
Bakı kəndində acınacaqlı mənzərə like
  • 02 Fev 10:24  
Digərləri Bakı kəndində acınacaqlı mənzərə

Paytaxtın Binə kəndində yollar bərbad vəziyyətə düşüb.

arrow Ətraflı
Balakən sakinlərindən narkotik götürülüb like
  • 02 Fev 10:14  
Digərləri Balakən sakinlərindən narkotik götürülüb

Balakən sakinlərindən narkotik götürülüb.

arrow Ətraflı
Xəyanət cinayətə səbəb oldu like
  • 02 Fev 10:14  
Dünya Xəyanət cinayətə səbəb oldu

Türkiyədə baş verən cinayətin təfərrüatı məlum olub.

arrow Ətraflı
İranda terror hücumu: like
  • 02 Fev 10:09  
Dünya İranda terror hücumu:

Bu gün səhər saatlarında İranın cənub-şərqində, Sistan və Bəluçista

arrow Ətraflı
Düşmən bu gecə də dinc durmadı like
  • 02 Fev 10:04  
Digərləri Düşmən bu gecə də dinc durmadı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Ayseldən Pərvinə atmaca: “Pul verib özünü…” like
  • 02 Fev 09:59  
Şou-biznes Ayseldən Pərvinə atmaca: “Pul verib özünü…”

Aktrisa Aysel Nazim paxıllığını çəkən həmkarları ilə bağlı qalmaqal

arrow Ətraflı
Şok kadlar: 115 nəfəri öldürən fəlakətin görüntüləri like
  • 02 Fev 09:49  
Digərləri Şok kadlar: 115 nəfəri öldürən fəlakətin görüntüləri

Braziliyanın cənub-şərqinldəki Minas-Jeyras ştatında "Vale" da

arrow Ətraflı
Küçədə qucaqlaşan "naməhrəm" cütlüyü şəhər meydanında şallaqladılar like
  • 02 Fev 09:44  
Dünya Küçədə qucaqlaşan "naməhrəm" cütlüyü şəhər meydanında şallaqladılar

Küçədə qucaqlaşarkən tutulan cütlük insanların gözü qarşısında cə

arrow Ətraflı
Ermənistan silahlıları atəşkəsi 24 dəfə pozub like
  • 02 Fev 09:44  
Digərləri Ermənistan silahlıları atəşkəsi 24 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
İranda terror hücumu: ölən və yaralananlar var like
  • 02 Fev 09:35  
Digərləri İranda terror hücumu: ölən və yaralananlar var

Sistan və Bəluçistan vilayətinin Nikşəhr rayonunda Bəsic Qüvvələrinin

arrow Ətraflı