450 min dollarlıq dələduzluqda təqsirləndirilən şəxsə 9 il cəza verildi


Kriminal 01 Fev 2019 20:54:00 215 0

450 min dollarlıq dələduzluqda təqsirləndirilən şəxsə 9 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində 450 min dollarlıq dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Babayev 9 il azadlıqdan məhrum edilib.