Rusiyadan qanunsuz yollarla böyük məbləğlərdə pullar Əli Kərimli üçün göndərilirmiş


Siyasət 01 Fev 2019 16:39:00 78 0

Rusiyadan qanunsuz yollarla böyük məbləğlərdə pullar Əli Kərimli üçün göndərilirmiş

Fevralın 1-də Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında İslam Rəhimov, Natiq Kamalov və Vüsal Bayramov şahid qismində dindiriliblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, məhkəmə iclasında Cəmil Həsənli, Arzu Səmədbəyli, eləcə də KİV-lərin nümayəndələri iştirak ediblər.

Natiq Kamalov məhkəmədə ifadəsində göstərib ki, ticarət məqsədilə mütəmadi olaraq Rusiyaya gedib-gəlir, ayrı-ayrı şəxslərin Moskvadan Azərbaycana pul göndərilməsi məsələsini həll edir. 2016-cı ilin sonlarında Moskvada olanda Saleh Rüstəmov ona Bakıya 4000 ABŞ dolları göndərmək istədiyini, pulu Bakıda qardaşı oğlu Vidadi Rüstəmlinin götürəcəyini deyib. Pulu ondan götürdükdən sonra Vidadi Rüstəmlinin əlaqə vasitəsini qohumu Tural Mehdixanova göndərib. Vidadi Turalla Bakıda görüşərək 4000 ABŞ dollarını ondan götürüb. Bundan sonra dəfələrlə qeyd olunan qaydada Saleh Rüstəmov Moskvadan Bakıya bəzən 3000, bəzən isə 4000 ABŞ dolları göndərib. 2017-ci ilin ortalarında isə Saleh Rüstəmov onun vasitəsilə bir dəfəyə 175.000 ABŞ dolları pul göndərib, həmin pulu da Vidadi Rüstəmli Bakıda Turaldan götürüb.

İslam Rəhimov ifadəsində göstərib ki, 10 may 2018-ci il tarixdə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının təklifi əsasında onlar tərəfindən keçirilmiş əməliyyat tədbirində hal şahidi qismində iştirak etməyə razılıq verib. Həmin tarixdə polis əməkdaşlarının dəvəti ilə onlar Nərimanov rayonunda yerləşən "Əlibaba" çay evinin qarşısına gəliblər. Bir neçə dəqiqə sonra ora ağ rəngli "Kia" markalı avtomobil gələrək çay evinin qarşısında dayanıb. Polis əməkdaşları sükan arxasından düşən Vidadi Rüstəmliyə yaxınlaşıb xidməti vəsiqələrini təqdim etdikdən sonra narkotiklə bağlı şübhəli bilindiyi üçün saxlanıldığını bildiriblər. Vidadi Rüstəmli şalvarının cibində bir büküm heroini, sonra isə idarə etdiyi avtomobilin qoltuqaltından iki ədəd selofan bükümlərdə maddələri çıxarıb polislərə təqdim edib

Vüsal Bayramov isə məhkəmədə dindirilərkən bildirib ki, AXCP-nin üzvü Aqil Məhərrəmovu dostu Yusif vasitəsilə tanıyıb. Bir dəfə Aqil ona telefonla zəng edib, həmin gün işi olduğuna görə onun əvəzinə "Gənclik" metro stansiyasında bir nəfərlə görüşməyini və göndərilən pulu götürüb ona verməyini xahiş edib. O da işdən çıxdıqdan sonra Atatürk parkının yaxınlığında bir nəfər oğlanla görüşüb 500 ABŞ dolları məbləğində pulu qəbul edərək Aqilə verib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Aqil Məhərrəmov ilkin ifadələrində faktiki qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətməklə üzvü olduğu siyasi qurumun fəaliyyətini qeyri-qanuni maliyyələşdirdiyini etiraf etmişdir.

Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.

Kubokda rekord qeydə alındı like
  • 01 Fev 16:37  
İdman Kubokda rekord qeydə alındı

İspaniya kubokunun 1/4 finalında Athletic-lə Atletico arasında keçiri

arrow Ətraflı
Yaponiyada 2 milyondan çox adam qripə yoluxub like
  • 01 Fev 16:34  
Digərləri Yaponiyada 2 milyondan çox adam qripə yoluxub

Yaponiyada 2,2 milyon nəfər qripə yoluxub

arrow Ətraflı
Pərviz Bülbülə bu halda verilişə çıxdı like
  • 01 Fev 16:29  
Digərləri Pərviz Bülbülə bu halda verilişə çıxdı

Bir gün qabaqdan "5/5"də qonaq olacağı barədə anonsu gedən Pər

arrow Ətraflı
Sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılıb like
  • 01 Fev 16:27  
Digərləri Sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılıb

Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan a

arrow Ətraflı
Kürdəmirdə qanunsuz ovla məşğul olan 4 nəfər saxlanılıb like
  • 01 Fev 16:20  
Digərləri Kürdəmirdə qanunsuz ovla məşğul olan 4 nəfər saxlanılıb

Kürdəmirdə qanunsuz ovla məşğul olan 4 nəfər saxlanılıb.

arrow Ətraflı
Magistraturaya qəbul imtahanı üzrə sınaq imtahanı keçiriləcək like
  • 01 Fev 16:19  
Digərləri Magistraturaya qəbul imtahanı üzrə sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçi

arrow Ətraflı
Rusiyadan qanunsuz yollarla böyük məbləğlərdə pullar Əli Kərimli üçün göndərilirmiş like
  • 01 Fev 16:13  
Digərləri Rusiyadan qanunsuz yollarla böyük məbləğlərdə pullar Əli Kərimli üçün göndərilirmiş

Rusiyadan qanunsuz yollarla böyük məbləğlərdə pullar Əli Kərimli üçü

arrow Ətraflı
"Bank Respublika"dan gənclərə tamamilə pulsuz xidmətlər like
  • 01 Fev 16:10  
Digərləri "Bank Respublika"dan gənclərə tamamilə pulsuz xidmətlər

Bank Respublika "2 fevral - Gənclər günü" ilə bağlı 2 həftə d

arrow Ətraflı
Bank Respublika gənclər üçün xüsusi kampaniyaya başlayır like
  • 01 Fev 16:09  
Digərləri Bank Respublika gənclər üçün xüsusi kampaniyaya başlayır

Bank Respublika “2 fevral - Gənclər günü” ilə bağlı 2 həftə davam e

arrow Ətraflı
Çörəyin keçdiyi keşməkeşli yol like
  • 01 Fev 16:04  
Digərləri Çörəyin keçdiyi keşməkeşli yol

Hər gün aldığımız, süfrəmizin olmazsa-olmazı olan çörək süfrəmizə

arrow Ətraflı
“Azerspace-2” peyki kommersiya fəaliyyətinə başlayıb (FOTO) like
  • 01 Fev 16:02  
Digərləri “Azerspace-2” peyki kommersiya fəaliyyətinə başlayıb (FOTO)

“Azerspace-2” kommersiya fəaliyyətinə başlamaqla “Azərkosmos”un yü

arrow Ətraflı