Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər tutulub


Kriminal 01 Fev 2019 10:21:00 359 0

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər tutulub

Yanvarın 31-dən fevralın 1-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 25 cinayətin üstü "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər xəsarət alıb.