Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür


Siyasət 31 Yan 2019 07:42:00 258 0

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Son.az xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 135 il ötür.

Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

Smartfonların yeni təhlükəsi aşkarlanıb like
  • 31 Yan 07:41  
Digərləri Smartfonların yeni təhlükəsi aşkarlanıb

Beynəlxalq alimlər qrupu yuxudan əvvəl smartfondan istifadə edən uşaqlard

arrow Ətraflı
Zəif görmə qabiliyyətli uşaqlar üçün proqramlaşdırma dili yaradıldı like
  • 31 Yan 07:31  
Digərləri Zəif görmə qabiliyyətli uşaqlar üçün proqramlaşdırma dili yaradıldı

"Microsoft" şirkəti gözdən əlil və zəif görən uşaqlar üçü

arrow Ətraflı
İstintaq təcridxanalarına narkotik vasitə keçirilməsinin qarşısı alınıb like
  • 31 Yan 07:29  
Digərləri İstintaq təcridxanalarına narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-ax

arrow Ətraflı
Toyda şou az qala faciəyə səbəb olacaqdı like
  • 31 Yan 07:25  
Digərləri Toyda şou az qala faciəyə səbəb olacaqdı

Hindistanda toy mərasimində alov şousu az qala faciəyə səbəb olacaqdı.

arrow Ətraflı
Qiyamətdə şəfaət like
  • 31 Yan 07:23  
Digərləri Qiyamətdə şəfaət

Qurani-Kərimdə şəfaətlə bağlı ayələr, həqiqətdə, bir neçə qismə

arrow Ətraflı
ABŞdan dollarla bağlı vacib qərar like
  • 31 Yan 07:15  
Digərləri ABŞdan dollarla bağlı vacib qərar

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbərliyi növbəti iclas keçirib.

arrow Ətraflı
Elektrik enerjisi ilə işləməyən kondisioner hazırlanıb like
  • 31 Yan 07:11  
Digərləri Elektrik enerjisi ilə işləməyən kondisioner hazırlanıb

"SoundEnergy" startapının mühəndisləri tərəfindən hazırlanmı

arrow Ətraflı
İtaliya Kuboku: “Atalanta” doğma meydanda “Yuventus”u cəzalandırdı (VİDEO) like
  • 31 Yan 06:58  
Digərləri İtaliya Kuboku: “Atalanta” doğma meydanda “Yuventus”u cəzalandırdı (VİDEO)

İtaliya Kubokunun ¼ final mərhələsi çərçivəsində “Atalanta” doğma

arrow Ətraflı
Bakının ən güclü yeniyetmə və gənc güləşçiləri müəyyənləşib like
  • 31 Yan 05:58  
Digərləri Bakının ən güclü yeniyetmə və gənc güləşçiləri müəyyənləşib

Abşeron Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında sərb

arrow Ətraflı
İtaliya Kuboku: “Fiorentina” doğma meydanda “Roma”nı yerlə-yeksan etdi (VİDEO) like
  • 31 Yan 04:31  
Digərləri İtaliya Kuboku: “Fiorentina” doğma meydanda “Roma”nı yerlə-yeksan etdi (VİDEO)

İtaliya Kubokunun ¼ final mərhələsi çərçivədində “Fiorentina” doğ

arrow Ətraflı
Moskvada güclü qar səbəbindən hava limanlarında reyslər təxirə salınır və ya gecikdirilir like
  • 31 Yan 03:58  
Digərləri Moskvada güclü qar səbəbindən hava limanlarında reyslər təxirə salınır və ya gecikdirilir

Güclü qar səbəbindən Moskvada hava limanlarında 20 reys gecikdirilib, 21

arrow Ətraflı
İspaniya Kuboku: “Barselona” doğma meydanda “Sevilya” klubuna dərs keçdi like
  • 31 Yan 02:56  
Digərləri İspaniya Kuboku: “Barselona” doğma meydanda “Sevilya” klubuna dərs keçdi

İspaniya Kubokunun ¼ mərhələsinin cavab matçında “Barselona” klubu do

arrow Ətraflı