Əvvəl maşın biznesi ilə məşğul olan azərbaycanlı aktyor: "Bir gün içində hər şeyi atdım..." FOTO


Kriminal 30 Yan 2019 23:30:00 321 0

Əvvəl maşın biznesi ilə məşğul olan azərbaycanlı aktyor: "Bir gün içində hər şeyi atdım..."  FOTO

Son.az bildirir ki, illər əvvəl müharibə mövzusunda çəkilən "Xoca" filmindəki Yuri rolu ilə özünü aktyor kimi sübut edən, hazırda isə "Dağıntılar altında" serialında Teymur obrazı ilə tamaşaçıların məhəbbətini qazanan Azər Aydəmir publika.az-a müsahibə verib.

Tanınmış aktyor bir vaxtlar maşın biznesi ilə məşğul olduğunu, yaxşı pullar qazandığını, lakin bütün bunların ona xoşbəxtlik gətirməməsindən danışıb.

- Azər bəy, aktyor sənətinə olan məhəbbətiniz nədən başladı?

- Gənc yaşlarında incəsənətlə heç bir doğmalığı olmayan sahə üzrə çalışırdım. Maşın, hotelçilik və restoran biznesi ilə məşğul idim. Hansı ki, o iş mənə çoxlu pul qazandırsa da, xoşbəxtlik gətirmirdi. Həyati deyimlərlə bağlı kitaba rast gəldim, müdrik insanlarla söhbət etdim və başa düşdüm ki, əsl xoşbəxtlik sevdiyin işlə məşğul olanda gəlir. Əvvəlcə tərəddüdüm var idi, "Sevdiyim iş mənə yetərli maliyyəni qazandıracaqmı" sualları məni narahat edirdi. Özünə və fikirlərinə hörmət etdiyim bir dostum izah etdi ki, ilk vaxtlarda çətinliklərin olması qaçılmazdır. Lakin sevdiyin işi ürəkdən və layiqli şəkildə yerinə yetirsən, əvvəlki işindən daha çox maliyyə əldə edəcəksən.

Növbəti mərhələdə "Hansı iş məni xoşbəxt edər?" sualına cavab axtarmağa başladım. Qərara gəldim ki, özümü aktyor kimi sınayım. Bu potensialı özümdə görürdüm, həm də incəsənətə uşaqlıqdan sevgim var idi. Bir gün içində hər şeyi atdım, ərizəmi yazıb işdən çıxdım və sözün əsl mənasında yeni bir səhifə açdım. Kastinqlərə getməyə, kliplərdə, reklamlarda, xırda rollarda və epizodlara çəkilməyə başladım. Beləliklə arzularım reallaşdı.

- Sən demə, xoşbəxtliyin resepti belə sadə imiş...

- Bəli, həyatı şüurlu seçimlərin üzərində qurmaq özü ilə birlikdə sevinc və fərəh gətirir. Təəssüf ki, çox insan qaranlıqda yaşamağı seçir.

- Ailə üvzləriniz sizi bu yoldan çəkindirmək istəmədi?

- Əksinə. Artıq kifayət qədər məşhur olanda ailə həyatı qurdum. Fikrimi 180 dərəcə dəyişmək istəyəndə istər ailəm, istərsə də həyat yoldaşım məni məndən çox dəstəkləyib ürək-dirək verir.

- Pulu xoşbəxtliyə dəyişməyə peşman deyilsiniz?

- Həyatı tam qavramadığım zamanlarda dəfələrlə peşman olmuşam. Bəzi dostlarım deyir ki, aktyorun, ümumiyyətlə, sənət adamının ona qazanc gətirən əlavə işi olmalıdır. Bu fikirlə razı deyiləm, çünki yaradıcı insanın beyni yalnız yaradıcı istiqamətə yönəlməlidir.

İndi peşman deyiləm, peşmançılıq məni yolumdan döndərməyə çalışan özünəməxsus parazitlərdir və yaxşı ki, onlara uymadım.

- Bildiyim qədəri ilə aktyorluq təhsiliniz yoxdur. Özünüzü bu yolda necə püxtələşdirdiniz? Dayağınız kim oldu?

- Karyeranın başlanğıcında dəstək əlbəttə ki, dostlardan gəldi. Məktəb illərindən bəri məni tanıyan hər üçüncü adam deyirdi ki, aktyor olmalısan. Bu işığı məndən əvvəl onlar sezmişdi. Kənar fikirlərə müəyyən mənada diqqət yetirmək və analiz etmək zəruridir, buna kainatın sənə göndərdiyi işarələr deyilir. Ətrafın dəstəyi insanı daha ruhlandırır və irəli aparır.

- Bəs, aktyor təhsilinin əskikliyini hiss edirsiniz?

- Nəzəri biliklər inkişafın ayrılmaz tərkib hissəsi və sənə bu yolda bələdçilik edən vasitədir. Bu nəzəriyyəni öz bildiyim yollarla: kitabların, məqalələrin və filmlərin sayəsində öz statusuma və öz yaşıma uyğun şəkildə mənimsəmişəm. Hələ də öyrənməyə davam edirəm. Eyni zamanda hesab edirəm ki, aktyorun istedadını və potensialını onun malik olduğu dünyagörüşü müəyyənləşdirir. Məsələn, elə aktyor ola bilər ki, universiteti bitirməsin, amma dünyagörüşü 4 rektordan, 5 dekandan artıq olsun.

- Məşhurluğun dadını hansı rolunuzdan sonra hiss etdiniz?

- Sənət camiyəsi məni "Xoca" filmindəki Yura rolu ilə tanıdı. Bu film karyeramda əvəzsiz rol oynayır. Xalq arasında serialların gücünə və hesabına tanınmağa başlamışam.

- "Dağıntılar altında" serialından danışaq. Reytinq toplaya biləcəksiniz?

- Serial İctimai televiziya çərçivəsində artıq reytinq qazanıb, kanalın ən baxımlı məhsuldur. Sosial şəbəkədə yazılan şərhlərdən hiss olunur ki, tədricən öz auditoriyasını genişləndirir və sevilməyə başlayır. Əsas odur ki, İctimai televiziya reytinqdə birinci olsun. Çünki bu, zəncirvari bir-birindən asılı olan prosesdir. Yeri gəlmişkən, kanal yeni ildən etibarən strategiyasını dəyişib, insanlara daha yaxın və ictimai olmağa başlayıb.

- Serialda Teymur müsbət qəhrəman olsa da, gizli tərəfləri olan qəhrəmandır.

- Ümumilikdə, ssenari dram-məişət mövzusundan bəhs edir, digər seriallardan bir o qədər fərqlənmir. Bəs bizi fərqli edən xüsusiyyət hansıdır? Bizi maraqlı edən cəhət rejissor heyətidir. Quruluşçu rejissor aktyor Tural Baxışdır. Aktyor rejissorluq edirsə, bu, fərqli iş olmalıdır. Mən, Tural Baxış və bir neçə sənət yoldaşım qərara gəldik ki, birləşib daha keyfiyyətli iş ortaya qoyaq. Serialın yaranmasında aktyorlarla iş üzrə rejissor Cavid Təvəkkülün də rolu az deyil.

Layihədə standart və protaqonist, el arasında yaxşı oğlan adlanan obrazdayam. Hamımız birləşib çalışırıq ki, onu digər qəhrəmanlardan fərqləndirək. Teymur haqqın-ədalətin tərəfində olan, küsülüləri barışdırmağa çalışan və ailəsini bir yerə toplayıb onları bütün problemlərdən kənarlaşdırmaq istəyən cavan atadır. Nəinki bu obrazı, bütün qəhrəmanların dialoqlarını təbiiləşdirmək və dərinləşdirmək istəyirik.

- Teymurla Azər Aydəmirin ortaq xüsusiyyətləri var?

- Ortaq heç nə yoxdur, odur ki, hərdən Teymuru və belə obrazları oynamaqda çətinlik çəkirəm. Həyatda deyib-gülən və hər cümləsində zarafat edən insanam. Teymur isə qapalı, problemlərdən çıxış yolu tapmaq istəyən təmkinli və həddən ziyadə müdrikdir. Təəssüf ki, həyatda nə müdrikəm, nə də təmkinli.

- Xarizmatik aktyorun özü haqqında bu fikirdə olması sərt səslənir.

- Bu, həyatda buraxdığım və heç cür özümü bağışlaya bilməyəcəyim səhvlərdən irəli gəlir. İtirilmiş illərə və aylara heyfim gəlir.

- Keçmişin təəssüf hissi ilə yaşamaq həm də enerjinin boşa xərclənməsidir.

- Əvvəllər belə idi. 30 yaşı haqlayandan sonra enerji mövzusu ilə dərindən maraqlanmağa başladım. Anladım ki, sən demə, həyatı sadələşdirmək mümkündür. O da həqiqətdir ki, itirilmiş illər və peşmançılıq olmasaydı, indi gəldiyiniz nəticəyə vara bilməzdiniz. Yaxşı ki, həqiqəti vaxtında görə bilmişəm, yoxsa bütüm ömrüm hədər gedərdi. Yaşlı insanın bütün ömrünü boşa xərclədiyini və ya düzgün yaşamadığını düşünməsi daha dəhşətlidir.

- Serialda söyüşlərdən istifadə edilməsinə münasibətiniz necədir?

- Azərbaycanda serial sahəsi son 10 ildə inkişaf etməyə başlayıb. Söyüş də olmasa, şivə leksikasından istifadə etmək lazımdır. Tamaşaçılar aktyorları sünilikdə qınayırdı ki, dialoqlar çox bədiidir. Odur ki, həmin tənqidlərə cavab olaraq bədiiliyi saxlamaqla real danışıq dilinə keçdik. Bu, aktyorun oyununu daha da təbii edir. Amma indi də irad bildirirlər ki, söyüş var, onu yığışdırın. Tamaşaçının 100 faiz istədiyini vermək mümkünsüzdür...

- "Dağıntılar altında" serialı ilk bölümlərdən zorlanma səhnələri ilə gündəmə gəldi. Ümumiyyətlə, son illərdə zorlanma hadisələri tez-tez qarşımıza çıxır. Sizcə, tamaşaçı üçün zorlanma səhnəsi ilə zorlanma xəbərləri arasında fərq nədir?

- Fərd olaraq istənilən növ şiddətə və zorakılığa qarşıyam. Məsələ burasındadır ki, hər ikisi tənqid edilməsinə baxmayaraq, ona maraq olduğundan və reytinq gətirdiyindən dolayı prodüserlər, kanal rəhbərləri və xəbər departamentləri bu mövzuya daha çox yer ayırır. Biz də incəsənətin sıravi fəhlələri kimi, "ağa deyir sür dərəyə" prinsipi əsasında bu səhnələrdə iştirak edirik.

Əgər zorlanma xəbəri və səhnəsi tamaşaçının xoşuna gəlmirsə, ona baxmasın və oxumasın. Nəticə etibarı ilə reytinq aşağı düşəcək və biz də başa düşəcəyik ki, tamaşaçı üçün dünyəvi və günəşli məlumatlar və ekran işləri daha qiymətlidir.

- Layihənin altında yatan sosial mesajlar haqqında nə deyə bilərsiniz?


Xəbərə aid fotolar