Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü artırıldı


Siyasət 30 Yan 2019 18:31:00 255 0

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü artırıldı

Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilir.

"Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli fərmanının 1-ci hissəsində "242 (iki yüz qırx iki)" sözləri "300 (üç yüz)" sözləri ilə əvəz edilir.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son.az