Üç gün sonra əsgər gedəcəkdi, ürəyindən bıçaqlandı Dəhşətli qətlin təfərrüatları


Kriminal 30 Yan 2019 07:14:00 213 0

Üç gün sonra əsgər gedəcəkdi, ürəyindən bıçaqlandı  Dəhşətli qətlin təfərrüatları

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində mərhum Qafar Hüseynovun anası Təranə Fətəliyeva ifadə verib. O, bildirib ki, axşam saatlarında oğlunun qətlə yetirildiyini öyrənib.

Daha sonra digər şahid Arzu Xəlilova dindirilib. O, qeyd edib ki, hadisənin baş verdiyi sexin yanındakı mağazada çalışır.

Şahid deyib ki, hadisəni telefonla çəkib:

"Mərhum çox ağıllı oğlan idi. Tez-tez mağazaya gələrdi. Qafar ölməmişdən iki saat əvvəl də mağazaya gəlmişdi. O, sevgilisi ilə görüşə gedəcəyini və ona hədiyyə aldığını söylədi. Hadisə zamanı Ərəstun çölə qaçdı, üstü-başı qan idi. Mən də telefonumla çəkməyə başladım".

Metal qəbulu sexinin işçisi Tərlan Talıbov isə ifadəsində söyləyib ki, həmin gün sexə o nəzarət edib: