XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü barədə


Siyasət 29 Yan 2019 20:08:00 198 0

XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü barədə

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün yeri və vaxtı hələ ki, müəyyənləşməyib, lakin hər şey mümkündür.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib: "Azərbaycan tərəfi danışıqların sadəcə danışıqlar xatirinə deyil, nəzərə çarpacaq nəticələrə yönəlməsini dəstəkləyir və bu bizim prinsipial mövqeyimizdir".