Gürcüstan parlamentinin deputatı: “Avakiyanın abidəsi ilə bağlı lazımlı addımlar atılır və atılacaqdır"


Siyasət 25 Yan 2019 18:37:00 226 0

Gürcüstan parlamentinin deputatı: “Avakiyanın abidəsi ilə bağlı lazımlı addımlar atılır və atılacaqdır"

Son günlərdə Axalkalaki munisipaliteti və bələdiyyəsinin verdiyi qərarı, Mixail Avakiyana Buqaşen kəndində qoyulmuş heykəli qətiyyətlə pisləyirəm.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev bildirib.

"Bir separatçıya qoyulmuş bu cür qiymət Gürcüstan-Azərbaycan münasibətlərinə zərər gətirə biləcəyini düşünürəm. Gərəkən addımlar atılır və atılacaqdır", - deyə millət vəkili bildirib.