“Gedək çay içək...” Gəncədə imkansız qadınları pis yola çəkən Cəmilənin


Kriminal 24 Yan 2019 19:49:00 392 0

“Gedək çay içək...”  Gəncədə imkansız qadınları pis yola çəkən Cəmilənin

Gəncə şəhərində imkansız qadınları fahişəliyə cəlb etməkdə, əxlaqsızlıq yuvası saxlamaqda ittiham olunan Şəmkir rayon sakini, 1974-cü il təvəllüdlü Cəmilə Babayevanın (ad və soyadlar şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Cəmilə Babayeva 2008-ci ilin yay aylarında tanışı Məhəbbət Səlimovanın maddi cəhətdən imkansız olduğunu bilib. Onu özünün yaşadığı Gəncə şəhəri, Kəpəz rayonundakı mənzilinə gətirib.

İmkansız qadının fahişəliyi...

Cəmilə evində Məhəbbəti kişi müştərilərlə pul müqabilində görüşməyi, göstərilən intim xidmətə görə müştərilərdən əldə olunacaq gəliri aralarında bölməyi təklif edib. O, Məhəbbətə özü müştəri tapacağını deyib. Məhəbbət təklifə razılıq verib.

Cəmilə həmin dövrdən 2016-cı ilin yay aylarınadək müddət ərzində müxtəlif tarixlərdə mənzilində Məhəbbəti tapdığı ayrı-ayrı kişilərlə görüşdürüb.

Kişilərdən fərqli məbləğlərdə pulu Cəmilə alıb, daha sonra mənzilində Məhəbbətlə görüşə şərait yaradıb.

Tanışlıq və fahişəlik

Cəmilə Babayeva 2012-ci ilin yay aylarında Səlbinaz Məlikova ilə tanış olub, onu özünün yaşadığı mənzilə gətirib.

Cəmilə təzə "rəfiqə"sinin imkansız olduğunu bilib və ona pul müqabilində kişi müştərilərlə görüş təklif edib, yaxşı gəlir əldə edəcəyinə inandırıb.

Səlbinazın razılığını alandan sonra Cəmilə deyib ki, əldə olunan gəlirin 40 faizi ona çatacaq, qalan hissəsini isə özü götürəcək. Səlbinaz intim xidmətə görə əldə olunan gəlirin 40 faizini özünə götürməklə təklifə hə deyib.

Həmin zamandan Səlbinaz Cəmilənin tapdığı kişi müştərilərlə sonuncunun yaşadığı mənzildə görüşüb.

O, 2016-cı ilin payız aylarınadək müxtəlif tarixlərdə Cəmilənin tapdığı ayrı-ayrı kişi müştərilərlə fərqli məbləğli pul müqabilində cinsi əlaqədə olub.

Parkda tanışlıq

2013-cü ilə Gəncə şəhərində parklardan birində Cəmilə Babayeva Aybəniz Səmədova ilə tanış olub. Söhbət zamanı o, Aybənizin imkansız olduğunu bilib. Aybənizi evinə gətirib, qabağına çay qoyub, çörək yeyiblər.

Sonra təzə qonağına pul qazanmağın yollarından danışıb. Bundan əvvəl iki qadını evində başqa-başqa kişilərlə görüşdürdüyünü, həmin görüşdən gəlir əldə etdiklərini deyib. Eyni xidməti Aybənizə də təklif edib.

Aybəniz razılaşdıqdan sonra Cəmilə ona intim xidmət üçün kişi müştərilər tapıb.

Qadın Cəmilənin evində 2017-ci ilin fevral ayınadək kişi müştərilərlə görüşə gəlib...

Əməli ifşa edildi, amma azadlıqda qaldı

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Cəmilə Babayevanın əməli ifşa edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi başlanıb.

İstintaq aparıldığı müddətdə Cəmilə Babayevanın barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Azadlıqda qalmasından faydalanan qadın zərərçəkmişlərə ifadələrini dəyişmələri üçün hədə-qorxu gəlməyə başlayıb.