25 yaşlı gənci bıçaqlayıb ölümcül hala saldılar


Kriminal 24 Yan 2019 18:59:00 479 0

25 yaşlı gənci bıçaqlayıb ölümcül hala saldılar

Hadisə Şamaxıda baş verib

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Xınıslı kənd sakini 25 yaşlı Hasil Həsənli bıçaqlanma diaqnozu ilə Şamaxı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Ədalət Həmidov - Həkim: "Saat 20:00, 21:00 radələri idi. Xəstə cərahiyyə şöbəsinə qarın ön divarının kəsilmiş, deşilmiş yarası, daxiləkeçmə, nüfuzetmə və daxili qanaxma diaqnozu ilə daxil oldu. Təcili sürətdə xəstə əməliyyata götürüldü, əməliyyat zamanı mədəni dəlib keçən yaralanması və qaraciyərin yaralanması aşkar edildi və yaralar tikildi. Xəstənin müalicəsi davam etdirilir".

Hadisəni törətməkdə şübhəli bilinən İlkin adlı şəxs saxlanılıb.


Xəbərə aid fotolar