CinemaPlusda “Taxi Liza” filminin təqdimatı baş tutub


Kriminal 24 Yan 2019 18:29:00 546 0

CinemaPlusda “Taxi Liza” filminin təqdimatı baş tutub

"Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında komediya janrında olan "Taxi Liza" filminin təqdimatı keçirildi.

Son.az xəbər verir ki, kinoteatr filmin məzmununa uyğun olaraq orijinal dekorasiya ilə bəzədilmişdir. Həmçinin musiqi, furşet və içkilər var idi.    

Həmin gecənin qonaqları aktyorlat, rejissorlar, prodüsserlar və media nümayəndələri olmuşdurlar.

Filmin prodüseri Vüqar Əliyev, rejissorlar Pərviz Həsənov və Cabir Hacıyev, quruluşçu rejissor Rövşən Ağayev, rejissor asistenti Sevda Əzizova, quruluşçu operator Həsən Aslanov, ssenari müəllifləri Nicat Dadaşov və Elçin Muradov, rəssam Tural Məmmədov, quruluşçu rəssam Arif Niftiyev, geyim üzrə rəssam Aynur Bəhrəmova, qrim üzrə rəssam Eldar İsrafilov, səs rejissoru Sergey Nutrinenko, səs operatoru Emin Mahmudov, icraçı produsserlər Əlibala Rəhimov və Hüseyn Quliyev.

Filmdə Fərda Amin, Zemfira Əbdülsəmədova, Cəfər Namiq Kamal, Faiq Mirzəyev, Xəyalə Quliyeva və digərləri rol alıblar.

Qısaca məlumat: Dursun taksi sürücüsüdür -görünüşü müasir, özü isə elə alışdığımız. Düz yeddi dəfə sevdiyi qıza elçi getsə də, qızın atası İftixar bəy qızını taksi sürücüsünə vermir. Həmin ərəfədə İftixar bəy Bakıya gətizdirdiyi məşhur "Mono Liza" əsərini sərgidə nümayiş etdirməyi planlayır. Amma şəkil naməlum şəxslər tərəfindən oğurlanır.