Ukraynada Azərbaycan vətəndaşları həbs olunublar


Kriminal 22 Yan 2019 13:12:00 380 0

Ukraynada Azərbaycan vətəndaşları həbs olunublar

Ukraynada paytaxt Kiyevin Dneprovskiy rayon polisi Azərbaycan vətəndaşları 1991-ci il təvəllüdlü Əhmədov Ruslan Baxış oğlunu və 1987-ci il təvəllüdlü Səlimov Faiq Orxan oğlunu saxlayıb.

Son.az report-a istinadən xəbər verir ki, rayon məhkəməsi Azərbaycan vətəndaşları barədə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Hər iki azərbaycanlı avtomobil oğurluğunda ittiham olunsa da onlar ittihamla razılaşmırlar.